Yuxarı

Fransa polisi PSJ-nin futbolçusunu həbs edib

İnsident bu gün səhər saatlarında baş verib

Bakı. 30 may. REPORT.AZ/ Fransanın PSJ klubunun və Kot dİvuar yığmasının futbolçusu Serj Oryo Parisdə hüquq-mühafizə orqanları ilə münaqişədən sonra polis idarəsinə aparılıb. "Report"un "Europe1"ə istinadən verdiyi məlumata görə, insident bu gün səhər saatlarında baş verib.

Oryo dostları ilə gecə klubundan çıxarkən, patrul polislərini təhqir edib. Söz atışmaları polislərlə dava həddinə çatıb. Hazırda müdafiəçi polis bölməsindədir.

Qeyd edək ki, bu, Serj Oryonun ilk qalmaqallı hərəkəti deyil. Fevralda PSJ-nin baş məşqçisi Rolan Blanı təhqir, bəzi oyunçuları tənqid etdiyi video sosial şəbəkədə yayıldıqdan sonra o, komandadan bir müddət kənarlaşdırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi