Yuxarı
    Bağlamaq

    Fransa klubunun futbolçuları məşq zamanı dalaşıb

    Dava paltardəyişmə otağında davam edib

    Bakı. 21 oktyabr. REPORT.AZ/ Fransanın "Marsel" klubunun futbolçuları məşq zamanı dava edib. "Report"un "L Equipe" nəşrinə istinadən verdiyi məlumata görə, dava Buno Sarr və Zinədin Maşaş arasında olub.

    Futbolçular ilk olaraq məşq zamanı söz mübahisəsi edib. Paltardəyişmə otağında isə mübahisə davaya çevrilib. Komanda yoldaşları dava edən futbolçuları ayırıb və ara sakitləşib.

    Qeyd edək ki, oktyabrda "Marsel" klubunda ciddi dəyişikliklər edilib. Kluba amerikalı biznesmen Frenk Makkort rəhbərlik edir. Baş məşqçi postuna isə İtaliya "Roma"sının sabiq məşqçisi Rudi Qarsiya gətirilib. 9 turdan sonra "Marsel" 12 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi