Fransa klubunun baş məşqçisi ulduz futbolçunu cəzalandırıb

Fransa klubunun baş məşqçisi ulduz futbolçunu cəzalandırıb Bakı. 30 oktyabr. REPORT.AZ/ Fransa PSJ-sinin baş məşqçisi Tomas Tuxel komandanın futbolçuları Kilian Mbappe və Adrian Rabyonu cəzalandırıb.
Futbol
30 Oktyabr , 2018 14:11
Fransa klubunun baş məşqçisi ulduz futbolçunu cəzalandırıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Fransa PSJ-sinin baş məşqçisi Tomas Tuxel komandanın futbolçuları Kilian Mbappe və Adrian Rabyonu cəzalandırıb. 

"Report" xəbər verir ki,  buna hər iki oyunçunun Liqa 1-in XI turunda "Marsel"lə matç ərəfəsində məşqə gecikmələri səbəb olub. 

Almaniyalı mütəxəssis Mbappe və Rabyonu buna görə ehtiyatda saxladığını bildirib: "Mən onlar olmadan oynamağı sevmirəm, amma bu, lazım idi. Belə şeylərə nifrət edirəm". 

Qeyd edək ki, hər iki oyunçu "Marsel"lə matçda sonradan meydana çıxıb. Kilian Mbappe 62, Andrian Rabyo isə 79-cu dəqiqədən etibarən meydanda olub. Qarşılaşma PSJ-nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Paris klubu bu matçdan sonra ardıcıl 11 oyunda qələbə qazanmaqla rekorda imza atıb. 

Son xəbərlər

Orphus sistemi