Fransa I Liqasına vəsiqə qazanan ilk klub müəyyənləşib

Fransa I Liqasına vəsiqə qazanan ilk klub müəyyənləşib Komanda 6 dəfə ölkə çempionu olub
Futbol
21 Aprel , 2018 10:31
Fransa I Liqasına vəsiqə qazanan ilk klub müəyyənləşib

Bakı. 21 aprel. REPORT.AZ/ 2018/2019 mövsümündə Fransa I Liqasında çıxış edəcək ilk klub müəyyənləşib.

"Report"un məlumatına görə, Fransa II Liqasının 34-cü turunda doğma meydanda "Ayaçço"nu 1:0 hesabı ilə məğlub edən "Reyms" klubu növbəti mövsümdən etibarən əsas çempionatda iştirak edəcək.

Xallarının sayını 78-ə çatdıran komanda turnir cədvəlinin birinci pilləsində qərarlaşmaqla yanaşı, ən azı ikinci yeri təmin edib.

Qeyd edək ki, "Reyms" 2015/2016 mövsümünün sonunda Fransa II Liqasına enib. Komanda 6 dəfə ölkə çempionu olub.

Son xəbərlər

Orphus sistemi