Yuxarı

Fransa DİN: "AVRO-2016 zamanı 1550 adam saxlanılıb, 64 nəfər ölkədən xaric edilib"

Fransa DİN: "AVRO-2016 zamanı 1550 adam saxlanılıb, 64 nəfər ölkədən xaric edilib"
59 nəfərə azadlıqdan məhrumetmə və şərti həbs cəzası verilib

Bakı. 11 iyul. REPORT.AZ/ Fransada keçirilmiş Avropa Çempionatı zamanı 1 500-dən çox adam saxlanılıb, onların 59-u mühakimə edilib, 64-ü isə ölkədən çıxarılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Bernar Kaznöv bildirib.

"Hüquq-mühafizə orqanları 1 550 nəfəri saxlayıb, 891 nəfər nəzarət altına alınıb, 59 nəfərə azadlıqdan məhrumetmə və şərti həbs cəzası verilib, 64 nəfər isə ölkədən deportasiya edilib", - deyə B.Kaznöv mətbuat konfransında vurğulayıb.

Xatırladaq ki, futbol üzrə Avropa Çempionatı iyunun 10-dan iyulun 10-dək keçirilib və finalda ev sahibini əlavə vaxtda məğlub edən (1:0) Portuqaliya milli komandasının qələbəsi ilə başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi