Yuxarı
    Bağlamaq

    ​Fransa çempionatının oyunları birdəqiqəlik sükutla başlayacaq

    Sükut Liqa 1 və Liqa 2-nin oyunlarına şamil olunacaq

    Bakı. 8 yanvar. REPORT.AZ/ Futbol üzrə Fransa çempionatının bu həftə keçiriləcək bütün oyunları birdəqiqəlik sükutla başlayacaq. "Report"un Fransa Futbol Federasiyasının (LFP) rəsmi saytına istinadən verdiyi məlumata görə sükut Liqa 1 və Liqa 2-nin oyunlarına şamil olunacaq.

    Azərbaycanlı iş adamı Hafiz Məmmədova məxsus "Lans" komandası Liqa 1-in 20-ci turunda "Genqam"ın qonağı olacaq. Oyun yanvarın 10-da baş tutacaq.

    Qeyd edək ki, yanvarın 7-də "Kalaşnikov" avtomatı ilə silahlanmış üç maskalı Parisdə "Charlie Hebdo" jurnalının redaksiyasına basqın edərək, atəş açıblar. Hadisə nəticəsində 2-si polis olmaqla 12 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi