Yuxarı

Fransa Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatına vəsiqə qazanıb

Turnirdə iştirakı müəyyənləşən komandaların sayı 13-ə çatıb

Bakı. 31 mart. REPORT.AZ/ Mayın 5-də Bakıda 17 yaşadək futbolçular arasında start götürəcək Avropa çempionatına daha bir vəsiqə sahibini tapıb.

"Report"un məlumatına görə, sayca 13-cü vəsiqəyə Fransa millisi yiyələnib.

Bernad Diomedin baş məşqçi olduğu komanda elit-raundun 6-cı qrupunda Yunanıstanın ardından İslandiyanı da eyni hesabla yenib - 1:0. Bununla da 2 turdan sonra 6 xal toplayan Fransa ən yaxın izləyicisi Avstriyanı 4 xal geridə qoyub və son turun nəticəsində asılı olmayaraq, qrup liderliyini təmin edib.

Beləliklə, mayın 21-dək davam edəcək çempionatda 16 iştirakçıdan 13-nün adı dəqiqləşib. Daha öncə təşkilatçı Azərbaycan millisindən əlavə, Danimarka, Serbiya, Almaniya, Hollandiya, İngiltərə, Ukrayna, Portuqaliya, İsveç, Belçika, Bosniya və Herseqovina, İtaliya da bu hüququ qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi