Yuxarı

"Formula 1" komandaları büdcə limitinin azaldılmasına razı oldular

"Formula 1" komandaları büdcə limitinin azaldılmasına razı oldular

© Report

"Formula 1" komandaları koronavirus pandemiyasının yaratdığı böhranla əlaqədar olaraq xərcləri azaltmaq üçün bir sıra tədbirlər görməyə razılıq veriblər. 

"Report" BBC-yə istinadən xəbər verir ki, komandalar büdcə limitinin azaldılması üzrə planın qəbul edilməsinin lehinə səs veriblər. Gələn il bu məbləğ 145 milyon ABŞ dolları, 2022-ci ildə isə 140 milyon dollar olacaq. 

Büdcə limiti 2023-cü ildən 2025-ci ilədək 135 milyona endiriləcək. 

Qeyd edək ki, daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi. Daha əvvəl 2021-ci il üçün büdcə limiti 175 milyon dollar təyin edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi