"Fiorentina" artırma dəqiqələrində "İnter"ə məğlubiyyətdən qaçıb - VİDEO

"Fiorentina" artırma dəqiqələrində "İnter"ə məğlubiyyətdən qaçıb - VİDEO Görüş 1:1 hesabı ilə başa çatıb
Futbol
6 Yanvar , 2018 06:18
Fiorentina artırma dəqiqələrində İnterə məğlubiyyətdən qaçıb - VİDEO

Bakı. 6 yanvar. REPORT.AZ/ "İnter" futbol üzrə İtaliya A Seriyasının 20-ci tur matçında "Fiorentina" ilə heç-heçə edib.

“Report” xəbər verir ki, Florensiya şəhərinin "Artemio Franki" stadionunda baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb.

Matçın 55-ci dəqiqəsində Mauro İkardi Milan komandasını hesabda irəli çıxarıb. İkinci hissəyə əlavə olunmuş vaxtın 1-ci dəqiqəsində isə Covanni Simeone hesabı bərabərləşdirib.

"İnter" matçdan sonra xallarının sayını 42-yə çatdırıb və İtaliya çempionatının turnir cədvəlində üçüncü yeri tutur, "Fiorentina" isə (28) yeddincidir.

İtaliya A Seriya. 20-ci tur

"Fiorentina" – "İnter" - 1:1

0:1 – İkardi – 55, 1:1 – Simeone – 90+1

Son xəbərlər

Orphus sistemi