Bakı. 12 sentyabr. REPORT.AZ/ FİFA "Xəzər Lənkəran" klubunun transfer məsələsi ilə bağlı qərarını açıqlayıb. "Report"un məlumatına görə, ali futbol qurumu klubun yalnız növbəti transfer pəncərəsindən etibarən heyətinə futbolçu qata biləcəyini deyib.
Növbəti transfer pəncərəsinin 2016-cı ilin yanvarında olduğunu nəzərə alsaq, "Xəzər Lənkəran" yeni transferlərin xidmətindən yalnız mövsümün ikinci yarısında istifadə edə biləcək.