FIFA reytinqi: Azərbaycan millisinin mövqeyi açıqlanıb

FIFA reytinqi: Azərbaycan millisinin mövqeyi açıqlanıb FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
Futbol
19 Sentyabr , 2019 12:20
FIFA reytinqi: Azərbaycan millisinin mövqeyi açıqlanıb

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

"Report" xəbər verir ki, Azərbaycan millisinin mövqeyi dəyişməyib. Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv 1191 xalla 109-cu yerdə qalıb. AVR-2020-nin seçmə mərhələsində səfərdə Uelsə 1:2 hesabı ilə uduzan, evdə Xorvatiya ilə 1:1-lik bərabərə qalan yığma hesabına 3 xal əlavə edib.

Qeyd edək ki, siyahıya 1752 xalla Belçika başçılıq edir. Fransa 1725 xalla ikinci, Braziliya isə 1719 xalla üçüncü sıradadır.

Son xəbərlər

Orphus sistemi