​FIFA-nın 16 məmuru barəsində cinayət işi açılıb

​FIFA-nın 16 məmuru barəsində cinayət işi açılıb Bu barədə ABŞ-ın Əədliyyə naziri məlumat verib
Futbol
4 Dekabr , 2015 13:43
​FIFA-nın 16 məmuru barəsində cinayət işi açılıb

Bakı. 4 dekabr. REPORT.AZ/ FİFA-nın 16 sabiq və hazırkı məmuru barəsində cinayət işi açılıb. "Report"un məlumatına görə, bu barədə ABŞ ədliyyə naziri Loretta Linç nazirlikdə təşkil olunmuş mətbuat konfransında bildirib.

O qeyd edib ki, həmin məmurlar öz vəzifələrindən maddi gəlir əldə etmək üçün istifadə ediblər: "Artıq bir neçə məmur saxlanılıb. Buna baxmayaraq, əməliyyat davam edir və digərləri də saxlanıldıqdan sonra ABŞ-a gətiriləcək".

L.Linç bildirib ki, barəsində cinayət işi açılan şəxs və qurumların sayı 41-ə çatıb. Onlardan 12 şəxs və 2 idman şirkəti günahkar hesab olunub.

Son xəbərlər

Orphus sistemi