Yuxarı

FIFA klubların üzərinə yeni öhdəlik qoydu

FIFA klubların üzərinə öhdəlik qoydu

689

FIFA klubların üzərinə oyunçuları və məşqçiləri ilə başa çatmaqda olan müqavilələri cari mövsümün sonunadək uzatma öhdəliyi qoyacaq. "Report"un "The National"a istinadən verdiyi məlumata görə, bununla bağlı hazırlanmış sənədə müvafiq bənd salınıb.

Həmin bənddə göstərilir: "Müqavilə müddəti mövsümün ilkin başa çatma tarixinədəkdirsə, anlaşma yeni yekunlaşma tarixinədək uzadılır".

Eyni prinsip növbəti mövsümə də nəzərdə tutulan müqavilələrə də şamil ediləcək. Onların qüvvəyə minməsi üçün başlanğıc müddət koronavirusa görə dəyişən təqvimə uyğun korrektə olunacaq.

Sənəddə trasfer pəncərəsinin mövsümün yeni keçirilmə müddətlərinə uyğun dəyişdirilməsinə dair tövsiyə də yer alıb. Bildirilir ki, belə dəyişikliklərə maksimal müddəti 16 həftəni keçməyəcəyi təqdirdə icazə vermək lazımdır. FIFA yeni yaradılmış Klublara Dəstək Fondundakı puldan yararlanmaqla onlara maliyyə problemlərinin həllində köməklik göstərə bilər.

Qeyd edək ki, hazırda Avropanın əksər ölkələrinin çempionatları, o cümlədən Azərbaycan Premyer Liqası koronavirus üzündən dayandırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi