FIFA futbolçuların icarəyə verilmələrinə məhdudiyyət qoymaq istəyir

FIFA futbolçuların icarəyə verilmələrinə məhdudiyyət qoymaq istəyir Bakı. 30 noyabr. REPORT.AZ/ FIFA futbolçuların icarəyə verilməsinə məhdudiyyət qoya bilər.
Futbol
30 Noyabr , 2018 15:47
FIFA futbolçuların icarəyə verilmələrinə məhdudiyyət qoymaq istəyir
0 : 00
0 : 00

Bakı. 30 noyabr. REPORT.AZ/ FIFA futbolçuların icarəyə verilməsinə məhdudiyyət qoya bilər.

"Report"un "The Times" nəşrinə istinadən verdiyi məlumata görə, qaydalardakı dəyişiklik layihəsi hər bir klubun ən çoxu 5-6 oyunçunun icarə əməliyyatlarını həyata keçirməsini nəzərdə tutur. Yenilik 2020-2021 mövsümündən tətbiq olunacaq. Bu, bazarın şəffaflığını artırmalıdır.

FIFA həmçinin ikidən çox oyunçunun bir kluba icarəsini qadağan etmək niyyətindədir. Bu dəyişikliklər bəzi top-klublara problemlər yarada bilər. Məsələn, təkcə İngiltərənin "Çelsi" klubunun müqavilə üzrə 39 oyunçusu var. Amma onların çoxu icarədədir.

Son xəbərlər

Orphus sistemi