Yuxarı

Ficinin futbol üzrə milli komandası tarixində ilk dəfə olimpiadaya lisenziya qazanıb

Finalda ada-dövlət təmsilçisi Vanatudan penaltilərlə üstün olub

Bakı. 13 iyul. REPORT.AZ/ Futbol üzrə Fici milli komandası tarixində ilk dəfə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. "Report"un məlumatına görə, Okeaniya zonası üzrə seçmə turnirin final matçında ada-dövlətin yığması Vanatuya qalib gəlib. 

Görüşün əsas və əlavə vaxtında qol vurulmayıb. Penaltilər seritasında isə ficililər üstün olub - 4:3. 

Qeyd edək ki, əvvəllər Okeaniyanı Oyunlarda yalnız Avstraliya və Yeni Zelandiya təmsil edib. Lakin artıq avstraliyalılar Asiya seçmə turnirinə qatılırlar. Yeni zelandiyalılar isə cari seçmə mərhələdə diskvalifikasiyaya məruz qalıblar. Buna yığmada CAR əsilli futbolçunun çıxış etməsi səbəb olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi