​FİFA türkiyəli futbolçu barəsində araşdırmaya başlayıb

​FİFA türkiyəli futbolçu barəsində araşdırmaya başlayıb Hakan Çalhanoğlunun 4 il əvvəlki müqaviləsində uyğunsuzluq aşkarlanıb
Futbol
17 Mart , 2016 10:23
​FİFA türkiyəli futbolçu barəsində araşdırmaya başlayıb

Bakı. 17 mart. REPORT.AZ/ FİFA Almaniyanın "Bayer" klubunda çıxış edən türkiyəli futbolçu Hakan Çalhanoğlu barəsində transfer araşdırmasına başlayıb. "Report"un məlumatına görə, araşdırma futbolçunun Leverkusen klubuna keçməmişdən əvvəl imzaladığı peşəkar müqavilə ilə bağlıdır.

Klubun mətbuat xidmətinin rəhbəri Dirk Meş yerli mətbuata açıqlamasında araşdırmanı 4 il əvvəl baş tutmuş transferlə əlaqədar başlatdıqlarını deyib: "2012-ci ildə Hakanın "Karlsrue"dən "Hamburq"a keçidindən öncə imzaladığı peşəkar müqavilədə uyğunsuzluq var və bunun üçün də iş açılıb".

Ali futbol qurumunun araşdırması başa çatdıqdan sonra qərar qüvvəyə minəcək. 22 yaşlı yarımmüdafiəçiyə bir aydan artıq diskvalifikasiya cəzasının veriləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi