FİFA Rusiyaya qadağa qoyub

FİFA Rusiyaya qadağa qoyub Oyunların keçiriləcəyi stadionlarda konsert olmayacaq
Futbol
18 Oktyabr , 2016 14:48
FİFA Rusiyaya qadağa qoyub

Bakı. 18 oktyabr. REPORT.AZ/ FİFA 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında istifadə olunacaq stadionlarla bağlı qadağa qoyub. 

"Report"un məlumatına görə, mundialdan iki ay öncəyə qədər oyunların keçiriləcəyi arenalarda konsert keçirilməyəcək. Buna səbəb konsert zamanı ot örtüyünün zərər görməsi və öz keyfiyyətini itirməsidir.

Qeyd edək ki, Rusiyanın 11 şəhərində keçiriləcək DÇ-2018 iyunun 14-də start götürəcək və iyulun 15-də başa çatacaq. Açılış oyunu paytaxt Moskvadakı "Lujniki" stadionunda olacaq.

İngilis versiyası FIFA imposes a ban on Russia

Son xəbərlər

Orphus sistemi