Yuxarı

FİFA Rusiyada keçiriləcək DÇ-2018 üçün biletlərin qiymətini açıqlayıb

Hazırda 1,4 milyon, 1,8 milyon, 1,9 milyon və 2,1 milyon dollara olan paketlər satılıb

Bakı. 5 iyul. REPORT.AZ/ Rusiyada 2018-ci ildə keçiriləcək futbol üzrə Dünya Çempionatında biletlərin minimal qiyməti 1280 rubl (indiki məzənnə ilə təqribən 20 dollar) olacaq.

"Report" FİFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, indi DÇ-2018 üçün ən bahalı biletlər satışa çıxarılıb.

Biletlərin bir hissəsi özündə açılış oyunu, hər iki yarımfinal və final matçı da daxil olmaqla, Moskva və Sankt-Peterburqda keçiriləcək 19 matçda yaxşı yerlər ehtiva edən "Böyük üçlük" paketləri vasitəsilə satılır. Ən bahalı paketin dəyəri təqribən 2,8 milyon dollara bərabərdir. Hazırda 1,4 milyon, 1,8 milyon, 1,9 milyon və 2,1 milyon dollara olan paketlər satılıb.

Xatırladaq ki, futbol üzrə Dünya Çempionatı Rusiyada 2018-ci il iyunun 14-dən iyulun 15-dək keçiriləcək. Turnirin oyunları 11 şəhərdə - Moskva, Sankt-Peterburq, Kalininqrad, Kazan, Volqoqrad, Nijni Novqorod, Samara, Saransk, Yekaterinburq, Rostov-Don və Soçidə təşkil olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi