Yuxarı

​FİFA rəsmisi: "Mişel Platini UEFA-dan kənarlaşdırılmalıdır"

O, Platinini fırıldaqçılıqda ittiham edir

Bakı. 12 dekabr. REPORT.AZ/ FİFA-nın Etika Komitəsinin mətbuat katibi Andreas Bantel UEFA prezidenti Mişel Platinin rüşvət qalmaqalı məsələsi haqda fikirlərini bildirib. "Report"un məlumatına görə, komitə sözcüsü Platinini bir neçə illiyə UEFA-dan kənarlaşdırmağın lazım olduğunu deyib.

O, bildirib ki, UEFA prezidenti ilə bağlı korrupsiya iddiaları əsaslandırılıb: "Məhkəmə korrupsiya ittihamı ilə bağlı heç bir sübut tapmasa, o zaman digər ittihamlar da var. Məsələn, fırıldaqçılıq, öz maraqları naminə münaqişələr və s. Platini bir neçə illik müddətə qurumdan kənarlaşdırılmalıdır".

Qeyd edək ki, Mişel Platini yanvarın 5-dək UEFA prezidentliyi vəzifəsindən uzaqlaşdırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi