Azərbaycanlı ​FİFA referisi səhhəti ilə əlaqədar "Böyük oyun"dan kənarlaşdırılıb

Azərbaycanlı ​FİFA referisi səhhəti ilə əlaqədar "Böyük oyun"dan kənarlaşdırılıb AZAL - "İnter" oyununu İnqilab Məmmədov idarə edəcək
Futbol
18 Sentyabr , 2015 15:36
Azərbaycanlı ​FİFA referisi səhhəti ilə əlaqədar Böyük oyundan kənarlaşdırılıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının V turunun oyunlarını idarə edəcək hakim briqadalarında müəyyən dəyişikliklər edilib. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, FİFA referisi Əliyar Ağayev səhhətində yaranmış problemlər səbəbindən V turda meydançaya çıxmayacaq. 

AZAL – “İnter” görüşündə baş hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Əliyar Ağayevi əlavə köməkçi kimi təyinat aldığı “Neftçi” – “Xəzər Lənkəran” görüşündə isə Fariz Yusifov əvəzləyəcək. 

Son xəbərlər

Orphus sistemi