​FİFA prezidenti vəzifəsinə namizədlərin əmsalları açıqlanıb

​FİFA prezidenti vəzifəsinə namizədlərin əmsalları açıqlanıb Bukmeykerlər İordaniya şahzadəsinin qələbəsini daha real sayır
Futbol
29 Yanvar , 2016 16:23
​FİFA prezidenti vəzifəsinə namizədlərin əmsalları açıqlanıb

Bakı. 29 yanvar. REPORT.AZ/ FİFA prezidenti seçkisində İordaniya şahzadəsi Əli ibn əl-Hüseyn qalib gələcək. "Report"un məlumatına görə, bu barədə "Bukmeker bonusları" portalının açıqladığı əmsallarda bildirilir. 

Bu kontor İordaniya şahzadəsinin qələbəsinə 2 əmsal verir. Asiya Futbol Konfederasiyalarının başçısı, Bəhreyn şeyxi Salman ibn İbrahim əl-Xəlifənin ali futbol qurumunun rəhbəri seçilməsi isə 2.25 əmsalla qiymətləndirilir. Əsas mübarizənin iki namizəd arasında gedəcəyi gözlənilir.

Ötən ilin dekabrında isə əmsallar fərqli idi. İordaniya şahzadəsinin prezident seçilməsinə 2.6 əmsal verilirdisə, Bəhreyn şeyxində bu rəqəm 2.2 idi.

Qeyd edək ki, ümumilikdə 5 namizəd - Əli bin əl-Hüseyn, Canni İnfantino, Şeyx Salman ibn İbrahim əl-Xəlifə, Tokyo Seksvale və Jerom Şampan seçkilərdə mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi