Yuxarı

Yozef Blatter yenidən İOC-un üzvü seçilməkdən imtina edib

Bu barədə Tomas Bax məlumat verib

Bakı. 3 avqust. REPORT.AZ/ FİFA prezidenti Yozef Blatter Beynəlxalq Olimpiya Komitəsinin (İOC) yeni üzvlərinin seçkilərində iştirak etmək niyyətində deyil. "Report"un "The News Tribune" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə İOC-un prezidenti Tomas Bax açıqlama verib.

T.Bax bildirib ki, ali futbol qurumunun rəhbəri ona məsələ ilə bağlı məktub göndərərək yenidən üzv seçilmək istəmədiyini deyib: "Yeddi aydan sonra Blatterin fəaliyyət müddəti başa çatır. O, növbəti 8 il müddətinə yenidən üzv seçilməyi məqsədəuyğun hesab etmir".

Qeyd edək ki, Yozef Blatter 1999-cu ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvüdür. O, istənilən halda İOC-u tərk etməlidir. Çünki isveçrəli funksionerin 80 yaşı tamamlanır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi