Yuxarı

Azərbaycan Premyer Liqası gələn mövsüm tez yekunlaşacaq

Bu barədə qərarı FİFA qəbul edib

Bakı. 11 yanvar. REPORT.AZ/ FİFA ölkə çempionatları ilə bağlı yeni qərar qəbul edib. 

"Report"un məlumatına görə, ali futbol qurumunun İsveçrənin Sürix şəhərində keçirilən iclasında daxili birinciliklərin bitmə vaxtı müəyyənləşib.

Qərara əsasən, 2017/2018 mövsümündə Çempionlar Liqasının finalına qədər bütün çempionatlar yekunlaşmalıdır. Müəyyən istisnalar yalnız FİFA Şurasının razılığından sonra ola bilər.

Ali futbol qurumu 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı səbəbindən bu addımı atıb. Çempionata 2018-ci il iyunun 14-də start veriləcək.

Qeyd edək ki, FİFA-nın son iclasında 2026-cı ildən etibarən dünya çempionatlarında 48 yığma komandanın iştirak edəcəyinə dair qərar qəbul olunub. 2017/2018 mövsümündə Çempionlar Liqasının finalı Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi