FİFA nümayəndəsi: Ronaldu və Messinin "The Best" tədbirinə gəlməməsi futbolu nüfuzdan salır

FİFA nümayəndəsi: Ronaldu və Messinin "The Best" tədbirinə gəlməməsi futbolu nüfuzdan salır Bakı. 25 sentyabr. REPORT.AZ/ FİFA Barselonanın hücumçusu Lionel Messi və Yuventusun forvardı Kriştianu Ronaldunun Londonda ilin ən yaxşı futbolçusunun mükafatlandırılması mərasiminə gəlməməsindən narazı qalıb.
Futbol
25 Sentyabr , 2018 06:57
FİFA nümayəndəsi: Ronaldu və Messinin The Best tədbirinə gəlməməsi futbolu nüfuzdan salır

Bakı. 25 sentyabr. REPORT.AZ/ FİFA "Barselona"nın hücumçusu Lionel Messi və "Yuventus"un forvardı Kriştianu Ronaldunun Londonda ilin ən yaxşı futbolçusunun mükafatlandırılması mərasiminə gəlməməsindən narazı qalıb.

“Report” xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası nümayəndəsinin sözlərini "Marca" qəzeti sitat gətirib.

"Bu, futbolu nüfuzdan salır və onlar bunu dərk etmirlərr", – deyə o bildirib.

Bundan əvvəl Ronaldu "Yuventus"un gərgin iş qrafiki səbəbindən, Messinin isə şəxsi səbəblərə görə tədbirdə iştirak etməyəcəyi məlum idi.

FİFA versiyası üzrə 2018-ci ilin ən yaxşı futbolçusu "Real"ın xavbeki xorvatiyalı Luka Modriç seçilib.

Son xəbərlər

Orphus sistemi