Yuxarı
    Bağlamaq

    Canni İnfantino: "Dünya çempionatının fantastik alınması üçün hər şeyi edəcəyəm"

    FİFA-nın yeni prezidenti DÇ-2018-in Rusiyada keçiriləcəyini təsdiqləyib

    Bakı. 20 aprel. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatı tam dəqiqliklə Rusiyada keçiriləcək. "Report"un məlumatına görə, bu barədə qonşu ölkədə səfərdə olan FİFA-nın yeni prezidenti Canni İnfantino açıqlama verib.

    C.İnfantino qarşıdakı mundialın fantastik alınması üçün hər şeyi edəcəyini vurğulayıb. O, təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə təmin olunması üçün Rusiya hökumətinin lazımi işləri görəcəyinə əminlik ifadə edib.

    Qeyd edək ki, DÇ-2018 iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. Həmin şəhərlər Moskva, Sankt-Peterburq, Kazan, Nijni-Novqorod, Saransk, Kalininqrad, Volqoqrad, Yekaterinburq, Samara, Soçi və Rostov-Dondur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi