Yuxarı

​FİFA-nın korrupsiyada ittiham olunan məmuru ABŞ-a təhvil verilib

Son 24 ildə həmin məmurlar 150 milyon dollar rüşvət alıblar

Bakı. 16 iyul. REPORT.AZ/ Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) korrupsiya ittihamı ilə tutulan məmurlarından biri ABŞ-a təhvil verilib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu haqda İsveçrənin Polis və Ədliyyə Departamenti məlumat yayıb.

Qeyd edək ki, bu il mayın 27-də ABŞ ədliyyə qurumunun müraciəti əsasında Sürix polisi FİFA-nın 14 keçmiş və hazırda fəaliyyətdə olan futbol funksionerini, o cümlədən Cefferi Uebbi həbs edib. ABŞ Ədliyyə Nazirliyinin hesablamasına əsasən, son 24 ildə həmin məmurlar 150 milyon dollara yaxın rüşvət alıblar.

Bu ilin mayında FİFA-nın bir neçə yüksək vəzifəli məmuru korrupsiya ittihamı ilə həbs olunub. İstintaqın əsas obyektləri "DÇ-2018" (Rusiya) və "DÇ-2020"-yə (Qətər) ev sahibi seçilməsində ehtimal olunan korrupsiya məsələsidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi