FİFA Neymarın “Santos”dan “Barselona”ya keçidini qanuni sayıb

FİFA Neymarın “Santos”dan “Barselona”ya keçidini qanuni sayıb “Santos”un qərarın səbəbini FİFA-dan istəmək üçün 10 gün vaxtı var
Futbol
12 İyul , 2017 12:19
FİFA Neymarın “Santos”dan “Barselona”ya keçidini qanuni sayıb

Bakı. 12 iyul. REPORT.AZ/ FİFA Neymarın Braziliyanın “Santos” klubundan İspaniya təmsilçisi “Barselona”ya keçidini qanuni sayıb. “Report” “Globo Esporte” nəşrinə istinadən xəbər verir ki, bu barədə 25 yaşlı hücumçunun maraqlarını qoruyan “N&N Consultoria” şirkəti məlumat yayıb.

Bildirilir ki, Neymarın keçidinin qaydalar çərçivəsində reallaşmasına dair qərar iyulun 11-də qəbul olunub.

“Santos”un qərarın səbəbini FİFA-dan istəmək üçün 10 gün vaxtı var. Klub bundan sonra qərardan şikayət edə bilər.

Qeyd edək ki, “Santos” klubu 2015-ci ilin mayında FİFA-ya şikayət edib. Braziliya təmsilçisinin rəsmiləri “Barselona”, Neymar və N&N Consultoria” şirkətinin transfer reqlamentinin şərtlərini pozduqlarına əmindirlər. Klub bəyan edib ki, Neymarın transferindən 17 milyon avro əldə edib. “Barselona”nın ödədiyi məbləğin əsas hissəsi – 58,5 milyon avro isə hücumçu ilə şirkətə çatıb.

Neymar 2013-cü ilin mayında “Barselona”ya transfer olunub. Onun İspaniya təmsilçisi ilə 2021-ci ilə qədər müqaviləsi var.

Son xəbərlər

Orphus sistemi