FİFA Konfederasiyalar Kubokunu klublararası dünya çempionatı ilə əvəzləyəcək

FİFA Konfederasiyalar Kubokunu klublararası dünya çempionatı ilə əvəzləyəcək İlk mundiala 24 klub qatılacaq
Futbol
26 Avqust , 2017 17:30
FİFA Konfederasiyalar Kubokunu klublararası dünya çempionatı ilə əvəzləyəcək

Bakı. 26 avqust. REPORT.AZ/ FİFA Konfederasiyalar Kubokunu klublararası dünya çempionatı ilə əvəzləyəcək. 

"Report"un məlumatına görə, ilk çempionat 2021-ci ildə Çində təşkil olunacaq.

İlk mundiala 24 klub qatılacaq. Onlar hər birində 3 komanda olmaqla, 8 qrupa bölünəcəklər. "Pley-off"a yalnız qrup qalibləri yüksələcək.

Dünya çempionatında Avropadan 12, Cənubi Amerikadan 5, Afrika, Asiya və Şimali Amerikanın hərəsindən 2 komanda iştirak edəcək. Daha bir vəsiqənin sahibi isə Okeaniya ilə digər konfederasiyaların təmsilçiləri arasında keçiriləcək "pley-off" matçından sonra bilinəcək. Avropanı son 4 qalib və finalçılarla yanaşı, Avropa əmsalında ən yaxşı göstəricilərə malik 4 klub təmsil edəcək.

Qeyd edək ki, 2005-ci ildən keçirilən hazırkı klublararası dünya çempionatında 7 komanda mübarizə aparır. Yarışda 6 qitənin qalibi və təşkilatçı ölkə komandası iştirak edir.

Son xəbərlər

Orphus sistemi