FİFA İntizam Komitəsi 3 klubu cərimələyib

FİFA İntizam Komitəsi 3 klubu cərimələyib Bakı. 19 aprel. REPORT.AZ/ FİFA İntizam Komitəsi İspaniyanın Selta, Portuqaliyanın Sportinq və Benfika klublarını cəzalandırıb.
Futbol
19 Aprel , 2018 16:53
FİFA İntizam Komitəsi 3 klubu cərimələyib

Bakı. 19 aprel. REPORT.AZ/ FİFA İntizam Komitəsi İspaniyanın "Selta", Portuqaliyanın "Sportinq" və "Benfika" klublarını cəzalandırıb.

"Report" qurumun saytına istinadən xəbər verir ki, komandalar transfer reqlamentinin pozulmasına görə cəriməyə məruz qalıb. Bildirilir ki, "Benfika", "Sportinq" və "Selta" komandaları müvafiq olaraq 150 min, 110 min və 65 min İsveçrə frankı məbləğində cərimələnib. 

Onlar futbolçularla, 3-cü şəxslərə klubların işinə və müstəqilliyinə təsir imkanı yaradan müqavilələr bağladıqları üçün sanksiyalara məruz qalıblar. 

Son xəbərlər

Orphus sistemi