FİFA dünya çempionatının seçmə oyununun yenidən keçirilməsinə qərar verib

FİFA dünya çempionatının seçmə oyununun yenidən keçirilməsinə qərar verib Səbəb hakim ədalətsizliyidir
Futbol
7 Sentyabr , 2017 09:52
FİFA dünya çempionatının seçmə oyununun yenidən keçirilməsinə qərar verib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının Afrika zonası üzrə seçmə mərhələsinin CAR - Seneqal qarşılaşması hakim ədalətsizliyi ilə əlaqədar yenidən oynanılacaq. 

"Report"un məlumatına görə, bu barədə FİFA-nın saytında bildirilir. 

Görüş 2016-cı ilin noyabrında CAR-ın Polokvan şəhərində keçirilib və meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Baş hakim Cozef Lempti matçın nəticəsinə təsir etdiyi üçün bu ilin martında FİFA-nın qərarı ilə ömürlük diskvalifikasiya edilib. Komandalar ikinci dəfə noyabrda üz-üzə gələcək. Dəqiq tarix sentyabrın 14-də FİFA-nın xüsusi iclasında açıqlanacaq. 

Seneqal və CAR D qrupunda Burkina-Faso və Kabo-Verde yığmaları ilə birgə yer alıb. Dörd turdan sonra seneqallılar 3-cü, CAR isə 4-cü pillədə qərarlaşıb. Dünya çempionatında iştirak hüququnu ilk 2 yerin sahibləri əldə edəcəklər. 

Qeyd edək ki, "Qarabağ"ın cənubi afrikalı legioneri Dini Ndlovu nəticəsi ləğv olunan oyunda iştirak etməyib. 

Son xəbərlər

Orphus sistemi