Yuxarı
    Bağlamaq

    ​FİFA bir ölkəni dünya çempionatından kənarlaşdırıb

    Buna baş məşqçinin borcunun ödənilməməsi səbəb olub

    Bakı. 13 mart. REPORT.AZ/ Zimbabve milli komandası futbol üzrə 2018-ci il dünya çempionatından kənarlaşdırılıb. "Report"un məlumatına görə, bu barədə qərarı FİFA verib.

    Səbəb kimi komanda rəhbərliyinin müəyyən olunmuş müddətdə baş məşqçi Joze Jorjiniyə olan borcu ödəməməsi göstərilib. Ali futbol qurumunun İntizam Komitəsi braziliyalı mütəxəssisin şikayətinə yanvarda baxıb. Həmin vaxt komitə milliyə 2008-ci ildən rəhbərlik edən Jorjiniyə borcun 60 gün ərzində tam ödənilməsinə dair qərar verib. Lakin qərar yerinə yetirilməyib. Borcun məbləği açıqlanmır.

    Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsinə ötən gün Asiya zonasında 6 oyunla start verilib. Avropa zonasında püşkatma 25 iyul 2015-ci ildə təşkil olunacaq. Final mərhələsi Rusiyanın 11 şəhərində keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi