Yuxarı

​"Fənərbaxça" klubunun prezidenti futbolçuları cəzalandırıb

Futbolçular xeyriyyə reklamına çəkildiyi üçün cəzaya məruz qalıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Türkiyənin "Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım futbolçuları cəzalandırıb. "Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, futbolçular xeyriyyə reklamına çəkildiyi üçün cəzaya məruz qalıb.

Belə ki, bir neçə gün əvvəl İstanbul klubunun 6-7 futbolçusu Türkiyə Ürək Fondunun "Qəlbimiz meydanda" adlı layihəsinin reklam çəkilişində iştirak edib. Ə.Yıldırım reklam çəkilişində rəhbərliyə xəbər vermədən iştirak edən futbolçulara 25 min dollar cəza kəsib. Artıq bununla bağlı futbolçular etirazlarını klub rəhbərliyinə bildiriblər.

Qeyd edək ki, "Qəlbimiz meydanda" layihəsi Türkiyə Ürək Fonduna yardım üçün nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi