Yuxarı
    Bağlamaq

    ​"Fənərbağça" klubu zirehli avtobus sifariş verib

    Avtobusun həm salonunda, həm də xaricində kameralar quraşdırılıb

    Bakı. 28 aprel. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubu xüsusi avtobus sifariş verib. "Report"un "Akşam"a istinadən verdiyi məlumata görə, "sarı-lacivərdlilər" yeni mövsümdən səfərlərə zirehli avtobusla çıxacaq.

    Avtobusun pəncərə və bir çox digər hissələri zirehli olacaq ki, nəticədə avtobusa atılan yad cisimlər salonda olanlara heç bir xəsarət yetirməyəcək. Bundan başqa avtobusun həm salonunda, həm də xaricində kameralar quraşdırılıb. Bu da təhlükəsizlik üçün nəzərdə tutulub.

    Futbol komandasından əlavə, avtobusdan klub daxilində digər xidmətlər üçün də istifadə ediləcək.

    Qeyd edək ki, bir müddət əvvəl "Rizəspor"la səfər oyunundan qayıdan "Fənərbağça"nın avtobusuna silahlı hücum olub. Nəticədə avtobusun sürücüsü yaralanaraq xəstəxanaya yerləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi