“Fənərbağça” “Zenit”in futbolçusunu heyətinə qatıb

“Fənərbağça” “Zenit”in futbolçusunu heyətinə qatıb İstanbul təmsilçisi 29 yaşlı mərkəz müdafiəçisini 1 illik icarəyə götürüb
Futbol
29 Avqust , 2017 15:25
“Fənərbağça” “Zenit”in futbolçusunu heyətinə qatıb

Bakı. 29 avqust. REPORT.AZ/ Türkiyənin “Fənərbağça” klubu Rusiya “Zenit”inin futbolçusu Luiş Netunu heyətinə qatıb.

“Report” “Fanatik”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 29 yaşlı mərkəz müdafiəçisini 1 milyon avro qarşılığında 1 illik icarəyə götürüb. Portuqaliya millisinin futbolçusunun illik məvacibi 2,5 milyon avro təşkil edəcək.

Razılaşmaya əsasən, “Fənərbağça” mövsümün sonunda Netunu 3,5 milyon avroya satın ala bilər.

Qeyd edək ki, Luiş Netu 2013-cü ilin fevralında İtaliyanın “Siena” klubundan “Zenit”ə keçib. O, ötən müddət ərzində Sankt-Peterburq təmsilçisinin heyətində 105 oyun keçirib və 1 qol vurub.

Son xəbərlər

Orphus sistemi