“Fənərbağça” Robin van Persi ilə yollarını ayırıb

“Fənərbağça” Robin van Persi ilə yollarını ayırıb 35 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib
Futbol
19 Yanvar , 2018 16:52
“Fənərbağça” Robin van Persi ilə yollarını ayırıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyənin “Fənərbağça” klubu futbolçu Robin van Persi ilə yollarını ayırıb.

“Report” “Fanatik”ə istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Hollandiyalı forvard karyerasını vətənində, “Feyenoord” klubunda davam etdirəcək.

Qeyd edək ki, Robin van Persi 2015-ci ildə İngiltərənin “Mançester Yunayted” klubundan “Fənərbağça”ya keçib. O, İstanbul təmsilçisinin heyətində çıxdığı 87 matçda 36 qol vurub. “Feyenoord”un yetirməsi olan forvard 2004 – 2012-ci illərdə London “Arsenal”ının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi