​"Fənərbağça" klubunun azarkeşləri derbidə hər kəsi bir olmağa çağırıb

​"Fənərbağça" klubunun azarkeşləri derbidə hər kəsi bir olmağa çağırıb Onlar matçı "Qalatasaray" azarkeşləri ilə birgə izləməyə hazırdırlar
Futbol
16 Mart , 2016 14:46
​Fənərbağça klubunun azarkeşləri derbidə hər kəsi bir olmağa çağırıb

Bakı. 16 mart. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubunun azarkeşləri futbol üzrə Super Liqada XXVI turun "Qalatasaray"la səfər görüşündə stadiona toplaşacaq futbolsevərləri bir olmağa çağırıb. "Report"un məlumatına görə, müraciətdə bir neçə gün əvvəl paytaxt Ankarada baş vermiş terror hadisəsi ilə əlaqədar hər iki klub azarkeşlərinin derbini birgə izləməsi təklif olunub.

Terror hadisəsi zamanı hər kəsin birlik nümayiş etdirməsi, "Qalatasaray"ın futbolçusu Umut Bulutun atasının yad edilməsi və bunun üçün Türkiyə Futbol Federasiyasının qərar verməsi istənilib.

Qeyd edək ki, martın 20-də keçiriləcək "Qalatasaray" - "Fənərbağça" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi