Bakı. 29 aprel. REPORT.AZ/ Rusiya Futbol İttifaqının (RFS) İcraiyyə Komitəsi mayın 31-də keçiriləcək konfransda ittifaqın prezidenti Nikolay Tolstıxa qarşı etimadsızlıq məsələsini müzakirə edəcək.
"Report"un "Qazeta"ya istinadən verdiyi məlumata görə, bu barədə komitənin üzvü və "Dinamo" klubunun Müşahidə Şurasının üzvü Sergey Stepaşin açıqlama verib.
Stepaşin bildirib ki, komitənin bir neçə üzvünün təşəbbüsü ilə iclasın gündəliyinə Tolstıxa qarşı etimadsızlıq məsələsi salınıb.
Qeyd edək ki, daha öncə RFS-in İcraiyyə Komitəsinin iclasında Tolstıxa qarşı iş açılması təşəbbüsünün irəli sürülə biləcəyi barədə xəbərlər yayılıb. Bu isə Rusiya yığma komandasının baş məşqçisi Fabio Kapello ilə olan müqavilənin mətbuatda dərc olunması ilə bağlıdır.