Bakı. 6 mart. REPORT.AZ/ İspaniyalı "Twitter" istifadəçisi Tamiroff_ Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilmiş "Real Madrid" (İspaniya) - "Ayaks" (Hollandiya) matçına görə böyük pul mükafatı qazanıb.
"Report" xəbər verir ki, həmin şəxs oyun vaxtı sosial şəbəkədə "Real Madrid"in ilk 25 dəqiqə ərzində 0:2 hesabı ilə geridə olacağına 1000 avro məbləğində pul qoyduğunu yazıb.
"Ayaks" həmin görüşdə artıq 18-ci dəqiqədə 2:0 hesabı ilə öndə olub və ilk hissə bu hesabla yekunlaşıb. Azarkeş nə qədər qazanc əldə etdiyini bildirməsə də, onun böyük məbləğdə pul mükafatı qazandığı dəqiqdir.
Qeyd edək ki, qarşılaşmada 4:1 hesabı ilə qələbə qazanan "Ayaks" Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanıb.