İspaniyalı azarkeş "Real Madrid" - "Ayaks" matçına görə böyük pul mükafatı qazanıb

İspaniyalı azarkeş "Real Madrid" - "Ayaks" matçına görə böyük pul mükafatı qazanıb Bakı. 6 mart. REPORT.AZ/ İspaniyalı Twitter istifadəçisi Tamiroff_ Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilmiş Real Madrid (İspaniya) - Ayaks (Hollandiya) matçına görə böyük pul mükafatı qazanıb.
Futbol
6 Mart , 2019 18:43
İspaniyalı azarkeş Real Madrid - Ayaks matçına görə böyük pul mükafatı qazanıb

Bakı. 6 mart. REPORT.AZ/ İspaniyalı "Twitter" istifadəçisi Tamiroff_ Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilmiş "Real Madrid" (İspaniya) - "Ayaks" (Hollandiya) matçına görə böyük pul mükafatı qazanıb.

"Report" xəbər verir ki, həmin şəxs oyun vaxtı sosial şəbəkədə "Real Madrid"in ilk 25 dəqiqə ərzində 0:2 hesabı ilə geridə olacağına 1000 avro məbləğində pul qoyduğunu yazıb.

"Ayaks" həmin görüşdə artıq 18-ci dəqiqədə 2:0 hesabı ilə öndə olub və ilk hissə bu hesabla yekunlaşıb. Azarkeş nə qədər qazanc əldə etdiyini bildirməsə də, onun böyük məbləğdə pul mükafatı qazandığı dəqiqdir.

Qeyd edək ki, qarşılaşmada 4:1 hesabı ilə qələbə qazanan "Ayaks" Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi