Fabreqas "Çelsi" ilə son matçında göz yaşlarını saxlaya bilməyib - VİDEO

Fabreqas "Çelsi" ilə son matçında göz yaşlarını saxlaya bilməyib - VİDEO Bakı. 6 yanvar. REPORT.AZ/ İngiltərənin Çelsi klubunun yarımmüdafiəçisi Sesk Fabreqas İngiltrə Kubokunun 1/32 finalında Nottingem Forest (2:0) ilə keçirilən vida matçında göz yaşlarına hakim ola bilməyib.
Futbol
6 Yanvar , 2019 08:30
Fabreqas Çelsi ilə son matçında göz yaşlarını saxlaya bilməyib - VİDEO

Bakı. 6 yanvar. REPORT.AZ/ İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Sesk Fabreqas İngiltrə Kubokunun 1/32 finalında "Nottingem Forest" (2:0) ilə keçirilən vida matçında göz yaşlarına hakim ola bilməyib.

“Report” xəbər verir ki, bu, 31 yaşlı ispaniyalı üçün London klubunun tərkibində sonuncu oyunu olub.

Fabreqas "Barselona"dan "Çelsi"yə 2014-cü ilin yayında keçib. Cari mövsümdə xavbek Premyer Liqa oyunlarından 6-da iştirak edib.

Seskin karyerasını Fransa "Monako"sunda davam etdirəcəyi bildirilir. KİV-in məlumatına görə, ispaniyalı artıq komanda ilə müqavilənin şərtlərini razılaşdırıb. Müqavilə 2,5 ili – 2021-ci ilə qədər olan müddəti nəzərdə tutur. Bundan əlavə futbolçu 6 milyon avrodan çox həcmdə bonus alacaq.

Son xəbərlər

Orphus sistemi