​Fabio Kapello futbolçulara siqaret çəkməyi qadağan edib

​Fabio Kapello futbolçulara siqaret çəkməyi qadağan edib Futbolçuların yaxınları ilə görüşü də yalnız komandanın qaldığı oteldə baş tutacaq
Futbol
14 Mart , 2015 15:01
​Fabio Kapello futbolçulara siqaret çəkməyi qadağan edib

Bakı. 14 mart. REPORT.AZ/ Rusiya yığma komandasının baş məşqçisi Fabio Kapello futbolçulara telefon işlətmək qadağası qoyub. "Report"un məlumatına görə, italiyalı mütəxəssis komandaya ciddi rejim tətbiq edib.

Belə ki, futbolçular doğmaları və dostları ilə yalnız komandanın məskunlaşdığı oteldə görüşə biləcək ki, bu da Kapellonun razılığından sonra baş tutacaq. Səfər zamanı da futbolçular heç bir texniki avadanlıqdan istifadə edə bilməyəcək.

Baş məşqçinin qərarları arasında futbolçuların siqaret çəkmə məsələsi də yer alıb. O, milli üzvlərinin siqaret çəkməsinə birmənalı olaraq qadağa qoyub.

Qeyd edək ki, Rusiya millisi AVRO-2016-nın seçmə mərhələsində martın 27-də səfərdə Monteneqro ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi