Əziz Yıldırımla motosiklet sürücüsü arasında insident baş verib - VİDEO

Əziz Yıldırımla motosiklet sürücüsü arasında insident baş verib - VİDEO Münaqişəyə klub prezidentinin idarə etdiyi avtomobilin siqnal vermədən motosikletin önünə çıxması səbəb olub
Futbol
31 İyul , 2017 14:06
Əziz Yıldırımla motosiklet sürücüsü arasında insident baş verib - VİDEO

Bakı. 31 iyul. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubunun prezidenti Əziz Yıldırımla motosiklet sürücüsü Engin Erqan arasında insident baş verib.

"Report"un "İhlas" agentliyinə istinadən məlumatına görə, münaqişəyə Yıldırımın idarə etdiyi avtomobilin siqnal vermədən motosikletin önünə çıxması səbəb olub. Erqan bununla əlaqədar klub rəhbərinə irad tutub. Əvəzində "Fənər" rəsmisi əvvəlcə avtomobilinin şüşəsini endirərək, söyüşlər yağdırıb. Daha sonra o, maşını ilə motosikletin qarşısını kəsərək, kobud ifadələrlə "Nə siqnal? Qarşımdakı avtomobilləri görmürsən? Maşınlar məndən əvvəl yola girir, sən isə siqnaldan danışırsan" deyib.

Bu vaxt arxadakı avtomobildən Yıldırımın cangüdənləri də düşərək, motosiklet sürücüsünün üstünə qışqırıblar. Onlar "Biz gedəndən sonra burdan çıxarsan" deyiblər.

Qeyd edək ki, baş verənlər Engin Erqanın motosikletindəki kameraya da düşüb. 

Son xəbərlər

Orphus sistemi