“Eurosport”un redaktoru: "Bakı multikulturalizm nümunəsidir"

“Eurosport”un redaktoru: "Bakı multikulturalizm nümunəsidir" “İngiltərə ilə müqayisədə Danimarka Bakıya daha uzaqdır. Amma burada olduğum üçün xoşbəxtəm”.
Futbol
28 May , 2019 17:15
“Eurosport”un redaktoru: Bakı multikulturalizm nümunəsidir
Report

“İngiltərə ilə müqayisədə Danimarka Bakıya daha uzaqdır. Amma burada olduğum üçün xoşbəxtəm”.

Bu fikirləri “Report”a UEFA Avropa Liqasının finalı üçün Bakıya gələn “Eurosport”un redaktoru Niles Harild deyib. 

Danimarkalı idman şərhçisi Azərbaycanı çox bəyəndiyini və finalın təşkilatçılığından razı qaldığını söyləyib: “Bakını gəzmişəm, çox gözəl şəhərdir. İnsanlar olduqca mehirbandır. Finalın burada keçirilməsi çox yaxşıdır. Təşkilatçılıq yüksək səviyyədədir. İnsanlar həm Avropadan, həm Asiyadan, həm də Afrikadan rahat gələ bilərlər. Bakı multikulturalizm nümunəsidir”.

N.Harild 2017/2018 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində Danimarka “Kopenhagen”nini mübarizədən kənarlaşdırdığı oyunlara baxmaq imkanı olmadığını deyib: “Ancaq “Qarabağ”ın mərhələ keçdiyini xatırlayıram”.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda İngiltərənin “Çelsi” və “Arsenal” komandaları qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi