Yuxarı

Maykl Essyen və Andrey Arşavin Bakıda “Akademiya Kuboku”nun qaliblərini mükafatlandırıb

Essyen və Arşavin Bakıda mükafatlandırma mərasimində

Bakı. 5 mart. REPORT.AZ/ AFFA-nın təşkilatçılığı ilə Bakıda müstəqil fəaliyyət göstərən futbol məktəbləri və akademiyaları arasında keçirilən “Akademiya Kuboku” turnirinə yekun vurulub.

"Report"un məlumatına görə, sonuncu - VII turun oyunlarından sonra mükafatçılar müəyyənləşib. Turniri 3-cü pillədə başa vuran EFA (Bakı) komandası bürünc medallara sahib olub. “Ordu” komandası gümüş, son turda vacib qələbə qazanan “Leon” isə qızıl medal və “Akademiya Kuboku”nu qazanıb. Son turun oyunlarının ardından mükafatlandırma mərasimi təşkil olunub. Turnirdə iştirak edən bütün komandaların üzvlərinə AFFA-nın diplomları təqdim edilib. Həmçinin ilk 3 pillənin sahibləri müvafiq olaraq, bürünc, gümüş və qızıl medallar, diplomlar verilib. Mükafatları AFFA-nın texniki direktoru Bernhard Lippert, Bakıda səfərdə olan ulduz futbolçular Maykl Essyen və Andrey Arşavin təqdim ediblər. Turnirin ən yaxşı oyunçusu adına “Ordu” komandasının üzvü Rasim Cavadov, ən yaxşı qapıçısı adına “Gilavar” komandasının üzvü İlyas Babayev layiq görülüblər. “Leon” komandasının üzvü Raul Hüseynov isə 14 qolla turnirin ən məhsuldar oyunçusu olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi