"Espanyol" son 27 ildə ilk dəfə bir mövsümdə "Real", "Barselona" və "Atletiko"nu məğlub edib

"Espanyol" son 27 ildə ilk dəfə bir mövsümdə "Real", "Barselona" və "Atletiko"nu məğlub edib Beləliklə, komanda 1980/81-ci illər mövsümündəki nailiyyətini təkrarlayıb
Futbol
28 Fevral , 2018 07:29
Espanyol son 27 ildə ilk dəfə bir mövsümdə Real, Barselona və Atletikonu məğlub edib

Bakı. 28 fevral. REPORT.AZ/ "Espanyol" futbol üzrə İspaniya çempionatının 26-cı turunda öz meydanında 93-cü dəqiqədə vurduğu yeganə qolla "Real Madrid"i 1:0 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, "tutuquşular" bu mövsüm həmçinin İspaniya Kubokunda "Barselona" (1:0), çempionatda isə "Atletiko" üzərində (1:0) qələbə qazanıblar.

Beləliklə, "Espanyol" İspaniya çempionatının liderlərini məğlub etdyi 1980/81-ci illər mövsümündəki nailiyyətini təkrarlayıb. Bundan əlavə, 1997/98-ci illər mövsümündən bu yana ilk dəfə olaraq öz meydanında bu rəqiblərdən heç birinə yenilməyib.

Hazırda komanda turnir cədvəlində izləyiciləridən bir oyun artıq oynamaqla 13-cü pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi