Ermənistan yığmasının baş məşqçisi istefaya göndərilib

Ermənistan yığmasının baş məşqçisi istefaya göndərilib Buna komandanın uğursuz nəticələri səbəb olub
Futbol
14 Oktyabr , 2016 11:01
Ermənistan yığmasının baş məşqçisi istefaya göndərilib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Ermənistan yığmasının baş məşqçisi Varujan Sukiasyan istefaya göndərilib. "Report"un məlumatına görə, buna səbəb yığmanın 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində uğursuz çıxış etməsidir.

E qrupunda çıxış edən Ermənistan 3 turdan sonra xalsız qalıb və qrupun sonuncu pilləsində qərarlaşıb.

Yeni baş məşqçinin adına yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, Sukiasyan 2000-2001-ci ildə də yığmanın baş məşqçisi vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi