Ermənistan millisinin baş məşqçisinin avtomobili qarət olunub

Ermənistan millisinin baş məşqçisinin avtomobili qarət olunub Bakı. 29 noyabr. REPORT.AZ/ Futbol üzrə Ermənistan milli komandasının baş məşqçisi Armen Gülbudaqyantsın avtomobili qarət olunub.
Futbol
29 Noyabr , 2018 16:03
Ermənistan millisinin baş məşqçisinin avtomobili qarət olunub

Bakı. 29 noyabr. REPORT.AZ/ Futbol üzrə Ermənistan milli komandasının baş məşqçisi Armen Gülbudaqyantsın avtomobili qarət olunub. 

"Report"un məlumatına görə, bu barədə Yerevan polisindən açıqlama verilib.

Bildirilir ki, naməlum şəxslər "Porsche Cayenne" markalı maşının ön fənərlərini oğurlayıblar. Avtomobil Ermənistan Futbol Federasiyasının balansındadır və onu Gülbudaqyants idarə edir. 

Qeyd edək ki, Armen Gülbudaqyants Ermənistan yığmasına oktyabrın 8-də baş məşqçi təyin olunub.

Son xəbərlər

Orphus sistemi