Enrike İqlesias: "Bakıda xüsusi şouda görüşənədək!" - VİDEO

Enrike İqlesias: "Bakıda xüsusi şouda görüşənədək!" - VİDEO Məşhur müğənni Azərbaycana salamlarını göndərib
Futbol
22 Aprel , 2016 14:26
Enrike İqlesias: Bakıda xüsusi şouda görüşənədək! - VİDEO

Bakı. 22 aprel. REPORT.AZ/ Formula 1 üzrə Avropa Qran Prisi zamanı Bakıda konsert proqramı ilə çıxış edəcək məşhur müğənni Enrike İqlesias videomüraciət edib. "Report"un məlumatına görə, ispaniyalı ulduz şəxsi "Facebook" səhifəsi vasitəsilə Azərbaycana salamlarını göndərib.

"Salam, Azərbaycan. Bu, Enrike İqlesiasdır. Formula 1 yarışı zamanı Bakıda xüsusi şouda görüşənədək!", -  deyə E.İqlesias yazıb.

Qeyd edək ki, Enrike İqlesiasın konserti iyunun 18-də olacaq. Avropa Qran Prisi isə 17-19 iyunda keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi