Əmrə Canın Azərbaycana vurduğu qol UEFA-nın açıqladığı 10 ən yaxşı qol siyahısına düşüb - VİDEO

Əmrə Canın Azərbaycana vurduğu qol UEFA-nın açıqladığı 10 ən yaxşı qol siyahısına düşüb - VİDEO Qollar DÇ-2018-in seçmə mərhələsində vurulub
Futbol
8 Noyabr , 2017 00:24
Əmrə Canın Azərbaycana vurduğu qol UEFA-nın açıqladığı 10 ən yaxşı qol siyahısına düşüb - VİDEO

Bakı. 8 noyabr. REPORT.AZ/ UEFA 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində vurulmuş 10 ən yaxşı qolun siyahısını açıqlayıb.

"Report"un məlumatına görə, siyahıda Almaniya millisinin futbolçusu Əmrə Canın Azərbaycan yığmasının qapısından keçirdiyi top da yer alıb.

Bu, oktyabrın 8-də Kayzerslauterndəki son seçmə oyuna təsadüf edib. Bundestimin 5:1 hesablı qələbə qazandığı görüşdə türkəsilli yarımmüdafiəçi uzaq məsafədən zərbə ilə Kamran Ağayevi məyus edib.

Digər qollar isə bunlardır:

Sebastyan Rudi (Şimali İrlandiya - Almaniya - 1:3), Konstantinos Mitroğlu (Cəbəllütariq - Yunanıstan - 1:4), Markus Berq (İsveç - Hollandiya - 1:1), Qafurcan Suyumbayev (Danimarka - Qazaxıstan - 4:1), Aleşandre Martines (Andorra - İsveçrə - 1:2), Pavel Savitski (Belarus - Bolqarıstan - 2:1), Olivye Jiru (İsveç - Fransa - 2:1), Aksel Vitsel (Belçika - Cəbəllütariq - 9:0), Aleksandr Rinq (Finlandiya - İslandiya - 1:0).

DÇ-2018-də Avropanın 14 yığması mübarizə aparacaq. Təşkilatçı Rusiya ilə yanaşı, daha 9 vəsiqənin sahibi artıq məlumdur. Son 4 vəsiqənin taleyinə "play-off" oyunlarından sonra aydınlıq gələcək.

Dünya çempionatı gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərindəki 12 stadionda olacaq.

Qolların videolarına bu linkdə baxmaq olar:

Son xəbərlər

Orphus sistemi