Yuxarı

​Elxan Məmmədov yığma komandanın sabiq baş məşqçisi ilə görüşüb

Görüşdə yığmanın son oyunlarda əldə etdiyi uğurlardan danışılıb

Bakı. 29 aprel. REPORT.AZ/ Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov və yığmamızın sabiq baş məşqçisi Tino Perezin iştirakı ilə görüş keçirilib.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə yığmanın son oyunlarda əldə etdiyi uğurlardan danışılıb.

E.Məmmədov AFFA rəhbərliyi adından Tino Perezə gördüyü işlərə və milli komandaya qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Baş katib ispaniyalı mütəxəssisi bu il sentyabrın 10-dan oktyabrın 2-dək Kolumbiyada təşkil olunacaq dünya çempionatının final mərhələsinə qonaq qismində dəvət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi